Главная > Dünya / Manset > Milyarder COVID-lə mübarizə üçün Hindistana yardım etdi

Milyarder COVID-lə mübarizə üçün Hindistana yardım etdi


14-05-2021, 08:31. Разместил: azadses
Dünyanın ən gənc kriptovalyuta milyarderi 27 yaşlı Vitalik Buterin koronavirusla mübarizə məqsədilə Hindistana 1.2 milyard dollar dəyərində yardım edib.

Bu barədə “Forbes” məlumat yayıb.

Məlumata görə, “Ethereum” kriptovalyutasının yaradıcısı yardımını rəqəmsal pulla ödəyib. Vəsait “India COVID-Crypto Relief” və digər təşkilatların hesabına köçürülüb.

Qeyd edək ki, ötən ayın sonlarından başlayaraq Hindistanda yeni yoluxanların sayında rekord göstəricilər qeydə alınır. İndiyədək ölkədə koronavirusa 24 milyon şəxs yoluxub ki, onlardan 250 mindən çoxu vəfat edib.


Вернуться назад