Главная > Dünya / Manset > UEFA Superliqa klublarına qarşı istintaqa başlayıb
UEFA Superliqa klublarına qarşı istintaqa başlayıb13-05-2021, 08:40. Разместил: azadses |
UEFA hələ də Avropa Superliqasını tərk etməyən “Barselona”, “Real” və “Yuventus”a qarşı istintaqa başlayıb. Bu barədə qurumdan yayılan bəyanatda bildirilib. Bəyanata əsasən, UEFA klubları intizam reqlamentinin 31-ci (4) bəndinə əsasən təşkilatın qaydalarını pomaqda ittham edib və məsələnin araşdırılması üçün müfəttişlərin təyin olduğunu bildirib. Qeyd edək ki, Avropa Superliqasının əsası 12 klub tərəfindən qoyulsa da, onlardan 9-u tezliklə layihəni tərk edərək UEFA ilə razılaşma imzalayıb. Üç klub isə hələ də turniri tərk etmək fikrində deyil. Вернуться назад |