Главная > Dünya > ABŞ Əfqanıstandan çıxarılan qoşunları Orta Asiyaya köçürə bilər
ABŞ Əfqanıstandan çıxarılan qoşunları Orta Asiyaya köçürə bilər11-05-2021, 08:52. Разместил: azadses |
Amerikalı analitiklər Orta Asiya və Yaxın Şərq ölkələrini Əfqanıstandan hərbi texnika köçürmək üçün mümkün variantlardan biri kimi qəbul edirlər. “Wall Street Journal” bu barədə ABŞ hərbi rəsmilərinə istinadən məlumat yayır. Onlar hesab edirlər ki, bu bölgələrə qoşunların, pilotsuz uçuş aparatlarının, bombardmançı və topçuların yenidən yerləşdirilməsi, bölgə ölkələrində hərbi bazaların yaradılması Əfqanıstanda xarici qüvvələrin geri çəkilməsindən sonra üsyanın qarşısını almaq üçün “Taliban” üzərində nəzarəti davam etdirməyə imkan verəcək. Risklərə həmçinin, Əfqanıstanda ABŞ-ın və ya müttəfiqlərinin maraqlarını təhdid edəcək “Əl-Qaidə” və ya İŞİD kimi yeni qruplaşmaların meydana çıxa bilməsi da daxildir. Bayden adminstrasiyasının bəzi hərbçiləri və səlahiyyətlilərinə görə, Əfqanıstanla həmsərhəd olan Özbəkistan və Tacikistan amerikalılara ehtiyac olduqda sürətli giriş təmin edə bilər. ABŞ “Taliban” hərəkatı ilə razılığa uyğun olaraq, sentyabr ayına qədər qoşunlarının Əfqanıstandan tədricən geri çəkilməsinə başlayıb. Вернуться назад |