Главная > Dünya / Manset > Valideynlərinin dəmir qəfəsə saldıqları qız ölü tapıldı

Valideynlərinin dəmir qəfəsə saldıqları qız ölü tapıldı


11-05-2021, 08:48. Разместил: azadses
Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda dəhşətli hadisə baş verib.

DHA xəbər verir ki, 26 yaşlı əqli zəif olan Hafizə Bakır dəmir qəfəsdə ölü tapılıb.

Belə ki, özünə xəsarət yetirməsin deyə valideynləri onu 1,5 metr hündürlüyündə dəmir qəfəsə salıblar.

Səhər saatlarında atası onu başı qəfəsin yuxarı hissəsində dəmirlərin arasına sıxılmış vəziyyətdə tapıb.

Hadisə yerinə təcili yardım və xilasedicilər cəlb edilib. H.Bakırın həyatını itirdiyi məlum olub.

Onun meyiti ekspertizaya götürülüb. Faktla bağlı araşdırma başladılıb.


Вернуться назад