Главная > Dünya / Manset > ABŞ-da güllələnmə ölüm hökmünün icrası üsulları arasına daxil edildi

ABŞ-da güllələnmə ölüm hökmünün icrası üsulları arasına daxil edildi


10-05-2021, 08:56. Разместил: azadses
ABŞ-ın Cənubi Karolina ştatı rəhbərliyi güllələnməni ölüm hökmünün icrası üsullarından biri kimi təsdiq edib.

ABC telekanalının məlumatına görə, buna səbəb ştatda ölümcül inyeksiyaların çatışmazlığı olub.

Məlumata əsasən, ölüm iynəsinin olmadığı təqdirdə məhkumlar güllələnmə və elektrik stulu arasında seçim edə biləcəklər.

Hazırda ştat həbsxanalarında 37 nəfər ölümünü gözləyən məhkumun olduğu bildirilib.


Вернуться назад