Главная > Dünya / Manset > Kişilərdə qeydə alınan bu çatışmazlıqlar xərçəng xəbərçisi ola bilər

Kişilərdə qeydə alınan bu çatışmazlıqlar xərçəng xəbərçisi ola bilər


9-05-2021, 18:00. Разместил: azadses
Kişi cinsinin nümayəndələrində dəmir çatışmazlığı anemiyası onkoloji xəstəliklərin simptomu ola bilər.

“RİA Novosti”nin məlumatına görə, bu barədə rusiyalı məşhur aparıcı və həkim Aleksandr Myasnikov xəbərdarlıq edib.

O, qadınlardan fərqli olaraq kişilərdə qan itkisinin yalnız mədə-bağırsaq traktından zədələnmələrdən qaynaqlana biləcəyi üçün aşağı hemoqlobinli kişilərin dərhal həkimə müraciət etmələri lazım olduğunu vurğulayıb.

Myasnikov belə problemi olan kişiləri həmçinin qastroskopiya və kolonoskopiya etdirməyə çağırıb. Onun sözlərinə görə, bu xora, polip və ya xərçəng xəstəliyini vaxtında müəyyən etməyə imkan verər.


Вернуться назад