Главная > Dünya / Manset > Amerikalı admiral Rusiya-Ukrayna savaşında kimin qalib gələcəyini açıqladı
Amerikalı admiral Rusiya-Ukrayna savaşında kimin qalib gələcəyini açıqladı9-05-2021, 09:00. Разместил: azadses |
ABŞ hərbi dəniz qüvvələrinin ehtiyatda olan admiralı NATO-nun Avropadakı qoşunlarının keçmiş komandanı Ceyms Stavridis Rusiya ilə Ukrayna arasında müharibə başlayacağı halda ABŞ-ın necə reaksiya verəcəyi barədə danışıb. Bu barədə “Bloomberg” nəşri yazıb. Admiralın sözlərinə görə, konflikt ilk növbədə Qara dənizdə başlaya bilər, belə ki, Rusiya burada yüksəkdəqiqlikli silahlara malikdir. “Ukrayna NATO-nun “birinə hücum hər kəsə hücumdur” təhlükəsizlik zəmanətinə uyğun olmayacaq”, - deyə admiral bildirib. Admiralın fikrincə, bu, o deməkdir ki, Ukrayna ilə Rusiya arasında müharibə olacağı halda ABŞ Kiyevin tərəfində müharibədə iştirak etməyəcək. Müharibə isə Rusiyanın qələbəsi ilə nəticələnəcək. Вернуться назад |