Главная > Dünya > İŞİD üzvləri məhkumlar üzərində bioloji silah sınaqdan keçirib
İŞİD üzvləri məhkumlar üzərində bioloji silah sınaqdan keçirib7-05-2021, 11:00. Разместил: azadses |
İŞİD üzvləri İraqda məhkumlar üzərində bioloji silah sınaqdan keçiriblər. “Al-Arabiya”nın məlumatına görə, bu barədə İŞİD Terror təşkilatının törətdiyi cinayətləri araşdıran BMT-nin istintaq qrupunun (UNİTAD) hesabatında deyilir. Hesabatda həmçinin İŞİD silahlılarının yezidilərə (əsasən Şimali İraqda yaşayan kürd etnik-dini qrup) qarşı cinayətlərinin müharibə cinayətləri və soyqırımına bərabər olduğu qeyd edilib. UNİTAD sənədində terror təşkilatının 2014-2016-cı illərdə dinc əhaliyə qarşı da kimyəvi silahdan istifadə etdiyi bildirilib. Вернуться назад |