Главная > Dünya / Manset > İran parlamentinin keçmiş sədr müavinindən Trampa qarşı sui-qəsd təklifi
İran parlamentinin keçmiş sədr müavinindən Trampa qarşı sui-qəsd təklifi7-05-2021, 10:00. Разместил: azadses |
İranda iyunun 18-də keçiriləcək prezident seçkilərində iştirak etməyə hazırlaşan, lakin namizədliyi hələ təsdiqlənməyən ölkə parlamentinin keçmiş sədr müavini Əli Müttəhiri maraqlı açıqlama ilə gündəmə gəlib. “Haber Global”ın “Təsnim” agentliyinə istinadən yaydığı məlumatına görə, o, ABŞ tərəfindən təşkil edilmiş sui-qəsd nəticəsində həlak olan general Qasım Süleymaninin intiqamının alınması barədə danışıb. Ə.Müttəhiri bildirib ki, sui-qəsd təlimatını verən ABŞ-ın keçmiş prezidenti Donald Tramp və Dövlət katibi Mayk Pompeo öldürülməlidir. “Belə vəziyyətdə qısas alınmalıdır. Bu qisasın İran dövləti tərəfindən alınmasının gərəkdiyini demirəm. İranlı olmayan, məsələn amerikalı bir şəxs tərəfindən sui-qəsdin reallaşdırılması mümkündür”, - deyə Məclis sədrinin keçmiş müavini qeyd edib. Вернуться назад |