Главная > Dünya / Manset > Bill Qeyts və Melinda milyardlarla dollarlıq mülkləri paylaşmağa başladılar

Bill Qeyts və Melinda milyardlarla dollarlıq mülkləri paylaşmağa başladılar


6-05-2021, 14:00. Разместил: azadses
Amerikalı iş adamı, “Microsoft”un qurucusu Bill Qeyts boşandığı arvadı Melindanın hesabına 1,8 milyard dollar dəyərində qiymətli kağız köçürüb.

“Bloomberg” xəbər verir ki, bu əməliyyat böyük ehtimalla ər-arvad arasında əmlak bölgüsü ilə əlaqəlidir.

Melinda Qeyts Kanada Milli Dəmir Yolu Şirkətinin səhmləri olaraq 1,5 milyard dollar, həmçinin “Autonation” avtomobil dilerinin 300 milyon dollar dəyərində qiymətli kağızını alacaq.

Eyni zamanda, bütün bunların yalnız hissələrin kiçik bir qismini təşkil etdiyi vurğulanır. Melinda həmçinin “Cascade Investments” fondunun 500 milyard dollar dəyərində qiymətli kağızına sahibdir.


Вернуться назад