Главная > Dünya > Hindistanda səkkiz şir koronavirusa yoluxub
Hindistanda səkkiz şir koronavirusa yoluxub5-05-2021, 09:00. Разместил: azadses |
Hindistanda ilk dəfə olaraq, vəhşi heyvanlar arasında da koronavirusa yoluxma faktları aşkarlanıb. “Times of India” nəşrinin məlumatına görə, Heydərabad şəhər zooparkında saxlanılan səkkiz şir COVID-19-a yoluxub. Qeyd olunub ki, bu, vəhşi heyvanlarda ölümcül virusun aşkar edilməsi üzrə dünyada ikinci anoloji haldır. Belə ki, ilk dəfə COVID-ə tutulmuş şirlərə Nyu-Yorkun Bronksdakı heyvanxanasında rast gəlinib. Xatırladaq ki, Hindistan qlobal koronavirusa yoluxma statistikasına görə dünyada ikinci yerdədir. Hazırda ölkədə 20 milyondan çox insanın virusa yoluxduğu bildirilir. Вернуться назад |