Главная > Dünya / Manset > Kolumbiyadakı etirazlarda 17 nəfər ölüb
Kolumbiyadakı etirazlarda 17 nəfər ölüb4-05-2021, 08:00. Разместил: azadses |
Son günlər ərzində Kolumbiyanın müxtəlif şəhərlərində keçirilən etiraz aksiyalarında ən az 17 nəfər ölüb. Bu barədə “Efe Eme” radiostansiyası məlumat yayıb. Məlumata görə, ölənlər arasında bir nəfər polis əməkdaşı da var. Yaralanan 711 nəfərin isə 457-nin hüquq-mühafizə orqanlarının əməkdaşları olduğu bildirilib. Radiostansiyadan verilən xəbərə əsasən, Kolumbiyada aprelin 28-dən mayın 2-dək keçirilən nümayişlərdə ümumilikdə 238 min nəfər iştirak edib. Qeyd edək ki, Boqata, Kali, Medelin kimi şəhərlərdə əhali yeni vergi islahatlarına qarşı etiraz ediblər. Buna cavab olaraq, hökumət islahatlar proqramna dəyişikliklər etməyə razılıq verib. Вернуться назад |