Главная > Dünya / Manset > Avropa Parlamenti Rusiyanı “qonşularını hədələməyi dayandırmağa” çağırıb

Avropa Parlamenti Rusiyanı “qonşularını hədələməyi dayandırmağa” çağırıb


29-04-2021, 07:30. Разместил: azadses
Avropa parlamenti Rusiyanı qonşularını təhdid etmək məqsədilə öz hərbi qüvvələrini cəmləşdirmək təcrübəsinə son qoymağa çağırıb.
“RİA Novosti” xəbər verir ki, bu barədə qurumun saytında dərc olunmuş qətnamə layihəsində deyilir.
“Avropa Parlamenti Rusiyanı onun qonşularını hədəfə alan və təhdid edən hərbi qüvvələrin cəmləşdirilməsi təcrübəsindən imtina etməyə, təxribatlara son qoymağa və gərginliyi azaltmağa çağırır”, - deyə sənəddə qeyd olunub.
Məlumata əsasən, sənədin aprelin 29-da, parlamentin plenar iclasının yekununda qəbul edilməsi gözlənilir.
Qeyd olunur ki, qətnamə tövsiyyə xarakteri daşısa da, Avropa İttifaqının digər institutları öz fəlaiyyətlərində onu nəzərə almalıdır.

Вернуться назад