Главная > Dünya / Manset > Türkiyədə daha 353 nəfər koronavirusdan ölüb

Türkiyədə daha 353 nəfər koronavirusdan ölüb


27-04-2021, 08:00. Разместил: azadses
Son 24 saat ərzində Türkiyədə koronavirusdan 353 nəfər vəfat edib.
“Haber Global” ölkənin Səhiyyə Nazirliyinə istinadən bildirir ki, aprelin 26-da yoxlanış məqsədilə götürülən 268 893 testdən 37 312-si müsbət çıxıb.
Sutka ərzində 48 027 nəfərin sağalması və ya karantin müddətinin bitməsi qeydə alınıb.
Hazırda Türkiyə xəstəxanalarında COVİD-19 diaqnozu ilə yatan ağır xəstələrin sayı 3563 nəfərdir. 

Вернуться назад