Главная > Dünya / Manset > Şahzadə Harri ailə üzvləri ilə barışa bilmir

Şahzadə Harri ailə üzvləri ilə barışa bilmir


26-04-2021, 14:00. Разместил: azadses
Britaniya şəhzadəsi Harri ailə üzvləri ilə barışa bilmir.
Bunu “Express” nəşri qeyd edib.
İddiaya görə, Meqan Markl ilə birlikdə olduğu müddətdə şəhzadənin kral ailəsi üzvləri ilə barışığından söhbət gedə bilməz.  
Babasının dəfnində iştirak etmək üçün Britaniyaya qayıdan Harrinin atası və qardaşı tərəfindən soyuq qarşılandığı bildirilib. O isə öz növbəsində nənəsi II Yelizavetanın 95 illik yubiley mərasimini gözləməyərək, ABŞ-a geri dönüb.
Xatırladaq ki, şahzadənin ailə üzləri ilə münasibəti qalmaqallı telemüsahibədən sonra daha da korlanıb. Yaxınları buna görə Harrini bağışlaya bilmirlər.

Вернуться назад