Главная > Dünya / Manset > Konqres Səudiyyə Ərəbistanına silah satışının məhdudlaşdırılmasını dəstəklədi

Konqres Səudiyyə Ərəbistanına silah satışının məhdudlaşdırılmasını dəstəklədi


23-04-2021, 11:00. Разместил: azadses
ABŞ Konqresinin Nümayəndələr Palatası Səudiyyə Ərəbistanına silah satışının məhdudlaşdırılması barədə qanun layihəsini təsdiq edib.
Bu barədə “The Hill” xəbər yayıb.
Qəzetin yazdığına görə, müvafiq qanun layihəsinə 350 nəfər səs verib, 71 qanunverici isə əleyhinə çıxış edib.
Sənəddə bildirilir ki, Səudiyyə Ərəbistanının müxaliflərə qarşı təzyiq göstərmədiyinə və əcnəbi vətəndaşları özbaşına həbs etmədiyinə əmin olunana qədər bir sıra silahların krallığa satılması dayandırılacaq.
Qanun layihəsi bundan sonra ABŞ Senatı tərəfindən təsdiqlənməlidir.

Вернуться назад