Главная > Dünya > Afrikada 650 mindən çox uşağa dünyada ilk malyariya peyvəndi vurulub
Afrikada 650 mindən çox uşağa dünyada ilk malyariya peyvəndi vurulub22-04-2021, 14:00. Разместил: azadses |
Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) edilən yazılı açıqlamada bildirilir ki, son 2 ildə Qana, Kenya və Malavidə peyvəndləmə proqramı çərçivəsində 1,7 milyondan çox dozada peyvənd tətbiq edilib. “RTS,S” adlı, 4 dozada tətbiq olunan peyvəndlərin profilaktik tədbir ala bilməyənlər üçün böyük əhəmiyyət daşıdığını bildirilir. Dünyanın bir çox yerində hər il yüz minlərlə insanın ölümünə səbəb olan malyariya üçün hazırlanan peyvənd ilk dəfə 2019-cu ilin aprelində Malavidə tətbiq olunub. Ölümcül xəstəliklərdən biri olan və hər iki dəqiqədə bir uşağın ölümünə səbəb olan malyariya ən çox Afrikada yayılıb. Вернуться назад |