Главная > Dünya / Manset > Ukraynada koronavirusla bağlı vəziyyət sabitləşir

Ukraynada koronavirusla bağlı vəziyyət sabitləşir


21-04-2021, 10:00. Разместил: azadses
Ukraynada COVID-19-a yoluxma və yoluxanların xəstəxanaya yerləşdirilməsində müsbət tendensiya var.
Bu barədə Ali Rada Millətin Sağlamlığı, Tibbi Yardım və Tibbi Sığorta Komitəsinin sədri Mixail Raduçkiy "Facebook" səhifəsində məlumat verib.
Onun sözlərinə görə, ölkədə koronavirus xəstəliyinin üçüncü dalğası zəifləyib. Avropa İttifaqı ölkələrində xəstələrin sayında və xəstəxanaya yerləşdirmə səviyyəsində azalma var.
Raduçkiyin sözlərinə görə, qonşu ölkələrdə olduğu kimi Ukraynada da epidemiya ilə bağlı vəziyyət sabitləşib.
Eyni zamanda, o bildirib ki, bəzi bölgələrdə reanimasiyada vəziyyət hələ də təhlükəli olaraq qalır.

Вернуться назад