Главная > Dünya / Manset > “Ümumdünya gülüş hədəfi”: Amerikalılar Baydeni zəiflikdə ittiham etdilər

“Ümumdünya gülüş hədəfi”: Amerikalılar Baydeni zəiflikdə ittiham etdilər


21-04-2021, 08:00. Разместил: azadses
Respublikaçı senator Lindsi Qrem Co Baydeni milli lider kimi süst olduğunu deyib. Onun sözlərinə görə, Rusiyada və ümumiyyətlə dünyada heç kim ABŞ prezidentindən qorxmur, Vladimir Putinlə danışıqlar isə onun gücü xaricində bir şeydir.
“Fox News”un məlumatına görə, sosial şəbəkə istifadəçilərinin əksəriyyəti Qremlə razılaşıblar.
“Digər ölkələr bəlkə də Baydendən qorxmurlar, ancaq mən onun ölkəmizin başına gətirdiklərinə görə təlaşdayam. Baydenlə bir məsələdə razıyam: qaranlıq günlər bizi gözləyir. Təşəkkür edirəm, So”, “Qrem tam haqlıdır. Digər ölkələr heç vaxt Trampla yuxarıdan aşağı danışmayıb. Baydenin seçilməsi ilə ABŞ, Obamanın səkkiz illik prezidentliyindən sonra Trampın qaytardığı hörmətini itirdi”, “Bəli, Bayden ümumdünya gülüş hədəfidir”, - deyə istifadəçilər bildiriblər.

Вернуться назад