Главная > Dünya > Pakistanda internetin fəaliyyəti məhdudlaşdırıldı

Pakistanda internetin fəaliyyəti məhdudlaşdırıldı


17-04-2021, 16:00. Разместил: azadses
Pakistan hökuməti bu gün ölkənin daxili təhlükəsizliyinin təmin olunması məqsədi ilə internetin fəaliyyətini bloklayıb.
Bu barədə “Dawn” məlumat yayıb.
Buna səbəb isə ölkənin bir sıra iri şəhərlərində “Təhrir-i-Ləbbeyk Pakistan” radikal qruplaşması üzvləri ilə polis arasında kütləvi toqquşmaların baş verməsi olub.
Belə ki, Lahor, İslamabad, Pişəvər və digər iri şəhərlərdə baş vermiş iğtişaşlarda yeddi nəfər həlak olub, hadisələr zamanı 300 polis əməkdaşı yaralanıb.

Вернуться назад