Главная > Dünya / Manset > Merkel, Makron və Zelenski Rusiyaya çağırış etdilər

Merkel, Makron və Zelenski Rusiyaya çağırış etdilər


17-04-2021, 09:00. Разместил: azadses
Almaniyanın Federal Kansleri Angela Merkel, Fransa prezidenti Emmanuel Makron və Ukrayna dövlət başçısı Vladimir Zelenski üçtərəfli danışıqlar zamanı Rusiyaya qoşunlarının Ukrayna sərhədləri yaxınlığından geri çəkilməsi ilə bağlı çağırış ediblər.
“İnterfaks”ın məlumatına görə, liderlər arasındakı görüş Parisdə baş tutub.
Merkel görüşə videokonfrans vasitəsilə qatılıb.
Görüş zamanı Almaniya hökuməti və Fransa dövləti başçıları Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini bir daha vurğulayıblar.

Вернуться назад