Главная > Dünya / Manset > ABŞ və NATO qoşunlarının Əfqanıstandan çıxarılacağı tarix açıqlandı
ABŞ və NATO qoşunlarının Əfqanıstandan çıxarılacağı tarix açıqlandı15-04-2021, 14:00. Разместил: azadses |
“Anadolu” Agentliyinin məlumatına görə, dövlət başçısı cari ilin sentyabrın 11-dək ABŞ ordusunun Əfqanıstanı tərk edəcəyini bəyan edib. Prezidentin sözlərinə görə, o, rəsmi Kabil və NATO üzrə müttəfiqləri ilə məsləhətləşmələrdən sonra ABŞ-ın Əfqanıstandakı müharibəsinə son qoymağı qərara alıb. Ağ Ev rəhbəri qeyd edib ki, ABŞ hərbçilərinin ölkədəki mövcudluğu burada sabit hökumətin yaradılmasına kömək etməyəcək. NATO-nun baş katibi Yens Stolenberq də alyansın qoşunlarının mayın 1-dən etibarən Əfqanıstandan çıxarılmağa başlayacağını təsdiqləyib. O bildirib ki, NATO Əfqanıstana ABŞ-la birlikdə daxil olub və birlikdə də çıxacaq. Вернуться назад |