Главная > Dünya / Manset > Boris Conson evini kirayə verir

Boris Conson evini kirayə verir


13-04-2021, 10:00. Разместил: azadses
Britaniyanın Baş naziri Boris Conson Oksfordşirdəki kottecini kirayə verməyi qərara alıb.
Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Məlumata əsasən, hökumət başçısının qərarı təhlükəsizlik və protokol qaydaları ilə bağlıdır.
Belə ki, qaydalara əsasən, Britaniya Baş naziri şəhərkənarı iqamətgah qismində Ellsboro kəndi yaxınlığında Çekers evindən istifadə etməlidir.
Qeyd edək ki, B.Consonun evində yaşamaq istəyənlər ayda 4.2 min funt-strelinq ödəməli olacaqlar.  

Вернуться назад