Главная > Dünya / Manset > Mütəxəssis peyvəndin botoks kimi gözəllik prosedurları keçirənlərə təsirindən danışıb
Mütəxəssis peyvəndin botoks kimi gözəllik prosedurları keçirənlərə təsirindən danışıb6-04-2021, 09:00. Разместил: azadses |
“RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin N.F.Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat İnstitutunun direktoru Aleksandr Qinzburq vaksinasiyanın gözəllik prosedurundan keçənlərə mənfi təsir göstərə biləcəyinə dair sualı cavablandırarkən bildirib. Onun sözlərinə görə, ümumiyyətlə indiyə kimi heç bir peyvəndin belə prosedurlarla qarşılıqlı əlaqəsi müşahidə edilməyib. “Bunun üçün nəzəri əsaslar belə yoxdur”, - deyə mütəxəssis vurğulayıb. Вернуться назад |