Главная > Dünya / Manset > Koronavirusun yaşlılarda yaratdığı fəsad
Koronavirusun yaşlılarda yaratdığı fəsad1-04-2021, 13:00. Разместил: azadses |
“Moskva” agentliyi xəbər verir ki, bu barədə rusiyalı travmatoloq-cərrah Konstantin Ternovoy bildirib. “Koronavirus infeksiyasından sonra D vitamini səviyyəsi kəskin şəkildə azalır. Bu vitamin kalsiumun sümüklərə çatdırılmasından məsuldur. Yəni D vitamini çatışmazlığı sümüklərin kövrəkliyinə və yaşlı insanlarda onların sınmasına səbəb ola bilər”, - deyə o qeyd edib. Ternovoy əlavə edib ki, xəstələrin təxminən 20 faizi koronavirus zamanı şiddətli sümük və oynaq ağrısından şikayətlənir. Bu şikayətlərin xəstəliyin bitməsindən iki-üç həftə sonra da qalması mümkündür. Həkimin sözlərinə görə, COVD-19 tromboza səbəb olduğundan demək olar ki, bütün orqan və oynaqlar bundan təsirlənir, sümük və oynaqlarda qan tədarükü pozulur. Вернуться назад |