Главная > Dünya / Manset > Koronavirusdan həyatını itirdiyi hesab edilən qadın quduzluqdan ölübmüş

Koronavirusdan həyatını itirdiyi hesab edilən qadın quduzluqdan ölübmüş


31-03-2021, 13:00. Разместил: azadses
Rusiyanın Volqoqrad vilayətində ev pişiyinin dişlədiyi qadın ölüb.
“RİA Novosti” bu barədə vilayətin Səhiyyə Komitəsinə istinadla məlumat yayır.
Bildirilir ki, 60 yaşlı qadın martda həkimə müraciət edərək koronavirusa yoluxduğunu deyib. Müayinə zamanı məlum olub ki, qadın quduzluq xəstəliyinə tutulub.
Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Epidemiologi araşdırma zamanı müəyyən edilib ki, həmin qadın evində it və pişik saxlayırmış.
Həkimə müraciət etməzdən yarım ay əvvəl onu pişik dişləyib. Bir müddət sonra it ölüb.
Çox güman ki, ev heyvanlarına quduzluq arada həyətə gələn vəhşi tülküdən keçib.
Bunlar barədə qadın baytarlıq xidmətinə məlumat verməyib.

Вернуться назад