Главная > Dünya / Manset > Avstraliya parlamentində seks qalmaqalı: Baş prokuror və müdafiə naziri işdən çıxarılır
Avstraliya parlamentində seks qalmaqalı: Baş prokuror və müdafiə naziri işdən çıxarılır30-03-2021, 11:00. Разместил: azadses |
Bu barədə SBS telekanalı ölkənin Baş naziri Skott Morrisonun kadr dəyişikliyi ilə bağlı açıqlamasına istinadən xəbər yayıb. Baş prokuror ətrafında qalmaqal fevral ayının sonunda, 1989-cu ildə Avstraliya parlamentinin binasında orta məktəb şagirdləri üçün təhsil debatı zamanı baş verən təcavüz xəbərinin məlum olması ilə başlayıb. O zaman 17 yaşında olan Porterin debata qatılan 16 yaşlı qıza təcavüz etdiyi bildirilib. O, ittihamları rədd edib. Reynoldsın adı isə fevral ayında təcavüz hadisəsi ilə əlaqəli hallanıb. Belə ki, onun ofisində Morrisonun rəhbərlik etdiyi “Liberallar Partiyası”nın üzvünün 2019-cu ilin martında bir qadın işçiyə təcavüz etdiyi məlum olub. Nazir təcavüz barədə məlumat aldığını etiraf etsə də, hadisənin ictimaiyyətdən gizli qalması üçün nazirliyin qurbana hər hansı təzyiq göstərməsinə dair iddiaları rədd edib. Вернуться назад |