Главная > Dünya / Manset > Merkeldən xəbərdarlıq: “Vaxt azdır, dövlətlər hərəkətə keçməlidir”
Merkeldən xəbərdarlıq: “Vaxt azdır, dövlətlər hərəkətə keçməlidir”30-03-2021, 08:30. Разместил: azadses |
Bu barədə o ARD televiziyasında yayımlanan “Anne Will” verilişində bildirib: “Dövlətlərin hərəkətə keçməsinə ehtiyacı var”. Merkel əyalət baş nazirlərinin yoluxma sayını azaltmaq üçün təsirli vasitələrə sahib olduqlarını vurğulayıb və bunlardan istifadəni tələb edib. Almaniya kansleri əyalət baş nazirlərinin tədbir görməyəcəyi təqdirdə İnfeksiya Qanununda dəyişiklik edə biləcəklərini deyib. O, mutasiyaya uğramış COVID-19 növlərinə işarə edərək yeni epidemiya ilə qarşılaşıldığını, bu yeni virusun daha aqressiv, daha yoluxucu və daha ölümcül olduğunu vurğulayıb: “Vaxtımız çox azdır”. Almaniyada həftəlik yoluxma sayı yanvar və fevral aylarının əvvəllərində azalsa da, fevral və mart aylarının sonlarında yenidən sürətlə artmağa başlayıb. Bu artımın mutasiyaya uğramış və sürətlə yayılan COVID-19 növlərindən qaynaqlandığı bildirilir. Вернуться назад |