Главная > Dünya / Manset > Fransada ailə öz mənzilindən iki milyon avroluq rəsm əsəri tapıb

Fransada ailə öz mənzilindən iki milyon avroluq rəsm əsəri tapıb


26-03-2021, 11:00. Разместил: azadses
Fransanın Marna departamentində yaşayan ailə özlərinə məxsus, lakin bir əsrdən çoxdur ki, yaşayışın olmadığı mənzildə XVIII əsr rəssamı Jan-Onore Fraqonarın “Filosof qiraət edir” əsərini aşkar edib.
Bu barədə “Europe 1” radiosu məlumat yayıb.
Məlumata görə, rəsm mənzildə inventarlaşdırma işləri aparılan zaman üzə çıxarılıb.
Əsərin orijinallığı artıq təsdiq olunub. Onun dəyərinin iki milyon avro civarında olduğu qeyd edilir.
Tablonun iyun ayında hərraca çıxarılması planlaşdırılır.

Вернуться назад