Главная > Dünya > Roma Papası din xadimlərinin məvaciblərini azaldıb

Roma Papası din xadimlərinin məvaciblərini azaldıb


25-03-2021, 14:00. Разместил: azadses
Roma Papası Fransisk kardinalların və digər din xadimlərinin məvaciblərini 10% azaltmaq barədə göstəriş verib.
Bu barədə “Reuters” məlumat yayıb.
Papanın bu qərarının mövcud iş yerlərinin saxlanması ilə bağlı olduğu bildirilir. Belə ki, pandemiyanın səbəb olduğu iqtisadi böhran Vatikanın gəlirlərinə də mənfi təsir edib.  
Qərarın aprelin 1-dən etibarən qüvvəyə minəcəyi qeyd olunur.
“Reuters”in məlumatına görə, hazırda Vatikanda çalışan kardinalların məvacibi orta hesabla 4-5 min avro təşkil edir.

Вернуться назад