Главная > Dünya / Manset > Nigeriya koronavirusa qarşı öz vaksinini yaradıb

Nigeriya koronavirusa qarşı öz vaksinini yaradıb


24-03-2021, 16:00. Разместил: azadses
Nigeriyada koronavirus pandemiyasına qarşı iki peyvənd dərmanı hazırlanıb.
Bu barədə yerli “Vanguard” nəşri Nigeriya prezidentinin COVID-19 ilə bağlı yaratdığı İşçi Qrupun rəhbəri Boss Mustafa Abucadaya istinadən məlumat verib.
Onun sözlərinə görə, vaksin klinik sınaq mərhələsindədir.
Nigeriya rəsmisi vaksinin hazırlanmasında xarici mütəxəssislərin köməyindən istifadə olunub-olunmamasına aydınlıq gətirməyib.
Qeyd edək ki, Nigeriyada əhalinin peyvəndlənməsi martın beşindən başlayıb.
Prezidenti Məhəmmədu Buhari COVID-19 əleyhinə vaksin vurduran ilk şəxslərin sırasında olub.

Вернуться назад