Главная > Dünya / Manset > Konqo Respublikasında prezidentliyə namizəd seçki günü COVID-19-dan vəfat edib

Konqo Respublikasında prezidentliyə namizəd seçki günü COVID-19-dan vəfat edib


23-03-2021, 08:30. Разместил: azadses
Konqo Respublikasında prezidentliyə namizəd Qay Brays Parfayt Kolelas seçki günü vəfat edib.
AZƏRTAC xəbər verir ki, COVID-19-a yoluxan və ağır vəziyyətdə olan 61 yaşlı siyasətçi Fransada müalicəyə yollandığı təyyarədə keçinib.
Seçkilərdən iki gün əvvəl xəstəxanada seçicilərə müraciət edən Kolelas ölümlə mübarizə apardığını söyləmişdi. O, vətəndaşları bazar günü keçiriləcək səsvermədə fəal iştiraka çağırmışdı. Konqo Respublikasının Mərkəzi Seçki Komissiyası bəyan edib ki, seçki məcəlləsində namizədlərdən birinin vəfatı ilə əlaqədar səsvermənin nəticələrinin ləğvi barədə maddə yoxdur.
Konqo Respublikasında prezident seçkilərində 6 namizəd, o cümlədən 77 yaşlı hazırkı dövlət başçısı Denis Nquesso iştirak edirdilər.

Вернуться назад