Главная > Dünya / Manset > Finlandiya “Xoşbəxt ölkələr” siyahısında liderdir

Finlandiya “Xoşbəxt ölkələr” siyahısında liderdir


20-03-2021, 10:00. Разместил: azadses
Finlandiya ardıcıl dördüncü dəfə “Xoşbəxt ölkələr”in (“World Happiness Report”) reytinq sırasında birinci yerdə qərar tutub.
“1prime” məlumat verir ki, siyahını “World Happiness Report” təşkilatı BMT ilə birgə hazırlayıb.
Finlandiyadan sonra xoşbəxt ölkələrin siyahısında ardıcıl olaraq İslandiya, Danimarka, İsveçrə, Hollandiya, İsveç, Almaniya, Norveç, Yeni Zelandiya və Avstriyanın adı gəlir.
ABŞ bu siyahıda 14-cü, Böyük Britaniya 18-ci, Fransa 20-ci yerdədir.
Sonuncu yerdə Zimbabvedir.
Hesabat adambaşına düşən Ümumi Daxili Məhsulun (ÜDM) həcmi, uzunömürlülük, vətəndaş azadlığı, korrupsiyanın səviyyəsi, vətəndaşların səxavətliliyi və açıq ürəkliliyinə nəzərən tərtib olunub.

Вернуться назад