Главная > Dünya > Malayziya şahzadəsi İspaniyanın məşhur futbol klubunun sahibi olmağa yaxındır

Malayziya şahzadəsi İspaniyanın məşhur futbol klubunun sahibi olmağa yaxındır


20-03-2021, 08:10. Разместил: azadses
Malayziya şahzadəsi Tunku İsmail İspaniyanın “Valensiya” klubunun sahibinə çevrilə bilər.
Şahzadə bu barədə öz “Instagram” səhifəsində məlumat yayıb.
“Bəli, mən səhmlərin bir hissəsinin alınması ilə bağlı “Valensiya” rəhbərliyi ilə danışıqlar aparmışam. Amma həllini gözləyən bir sıra problemlər üzündən danışıqlar dayandırılıb”, - T. İsmail qeyd edib.
Bildirilib ki, "Valensiya"nın indiki sahibi Piter Lim borclara görə səhmlərin 51 faizindən artığını sata bilməz. Lakin klub prezidenti ilə T.İsmailin yaxşı münasibətləri var və bu səbəbdən Malayziya şahzadəsi gələcəkdə klubun sahibi ola bilər.

Вернуться назад