Главная > Dünya / Manset > “Instagram” və “Facebook”da vaksinlərin təhlükəsizliyi ilə bağlı məlumat veriləcək

“Instagram” və “Facebook”da vaksinlərin təhlükəsizliyi ilə bağlı məlumat veriləcək


16-03-2021, 15:00. Разместил: azadses
“Instagram” və “Facebook” sosial şəbəkələri dezinformasiyanın yayılmasının qarşısını almaq məqsədi ilə koronavirus peyvəndləri barədə yazılara xüsusi qeydlər əlavə etməyə başlayıb.
Bu barədə məlumat “Facebook” şirkətinin saytında yerləşdirilib.
Artıq peyvəndlərin müzakirəsi aparılan yazılarda Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təhlükəsizliyinə zəmanət verilən vaksinlər barədə məlumatlar görünür.
Hələlik qeydlər ingilis, fransız, ispan, portuqal, ərəb dillərində yayılır.
Yaxın həftələrdə vaksinlər barədə məlumat digər dillərdə də dərc ediləcək.

Вернуться назад