Главная > Dünya / Manset > İlon Mask özünü “kral” elan etdi

İlon Mask özünü “kral” elan etdi


16-03-2021, 14:00. Разместил: azadses
“Tesla” şirkətinin baş direrktoru İlon Mask və maliyyə direktoru Zak Kirkhorn titullarını dəyişiblər.
“İzvestiya” nəşrinin məlumatına əsasən, bu barədə elektromobil istehsalçısının hesabatında məlumat verilib.
Sözügedən sənəd ABŞ-ın qiymətli kağızlar və birjalar üzrə Komissiyasının saytında dərc olunub.
“2021-ci il martın 15-dən etibarən İlon Mask və Zak Kirkhornun titulları müvafiq olaraq “Teslanın texnokralı” (Technoking of Tesla) və “Sikkələrin ustadı” (Master of Coin) kimi dəyişdirilir. Hər iki şəxs öz vəzifələrində qalırlar”, - deyə hesabatda bildirilib.
Tutul dəyişikliyinin hansı məqsəd daşıdığı açıqlanmır.
Qeyd edək ki, İ.Mask dünyanın ən varlı şəxsləri siyahısında ilk pillələrdə qərarlaşıb. İş adamının sərvəti müxtəlif hesablamalara əsasən 180 milyard dollar civarında qiymətləndirilir.

Вернуться назад