Главная > Dünya / Manset > Boliviyada prezident səlahiyyətlərinin keçmiş icraçısı polisdən çarpayının altında gizlənibmiş
Boliviyada prezident səlahiyyətlərinin keçmiş icraçısı polisdən çarpayının altında gizlənibmiş15-03-2021, 10:00. Разместил: azadses |
Yerli “El Deber” qəzetinin yazdığına görə, o, dövlət çevrilişi ilə əlaqədar aparılan istintaq çərçivəsində ifadə vermək üçün La-Pas şəhərinə aparılıb. Polis əməkdaşları Anyesi qohumlarının Trinidad şəhərindəki evində, çarpayının altındakı yeşikdə gizlənərkən aşkar ediblər. Xatırladaq ki, 2019-cu ilin oktyabr ayında Boliviyada keçirilmiş prezident seçkilərində səslərin çoxunu Evo Morales qazanıb. Lakin müxalifət onun qələbəsini tanımaqdan imtiina edərək etirazlara başlayıb. Hərbçilər Moralesi istefaya məcbur ediblər. Bundan sonra onun yerini müvəqqəti olaraq Janin Anyes tutub. Ötən ilin oktyabr ayında isə seçkilərdə Moraleslə həmfikir olan Luis Arse qalib gəlib. Вернуться назад |