Главная > Dünya / Manset > Xəstəxanada oksigen təchizatı sistemində nasazlığa görə altı nəfər öldü

Xəstəxanada oksigen təchizatı sistemində nasazlığa görə altı nəfər öldü


14-03-2021, 11:00. Разместил: azadses
İordaniyanın Əs-Salt şəhərində yerləşən xəstəxananın oksigen təchizatı sistemində nasazlıq yaranıb.
Bu barədə “Petra” agentliyi məlumat yayıb.
Səhiyyə naziri Nazir Obeydat hadisə nəticəsində altı nəfərin öldüyünü açıqlayıb və bundan sonra istefa verdiyini qeyd edib.
Həmçinin hadisə baş verən xəstəxananın direktorunun da qovulduğu bildirilir.

Вернуться назад