Главная > Dünya / Manset > 25 yaşlı evli qadın kişi çıxdı

25 yaşlı evli qadın kişi çıxdı


13-03-2021, 13:00. Разместил: azadses
Çinin Çjetszyan əyalətindən olan evli qadın 25 ildən sonra interseks (həm kişi, həm də qadın cinsiyyət xüsusiyyətlərinə malik olmaq) kimi dünyaya gəldiyini öyrənib.
Bu barədə “Global Times” xəbər yayıb.
Pinpin ömrü boyu özünü qadın hesab edib və 2020-ci ildə ailə həyatı qurub. Heç bir zaman menstruasiya keçirməyən qadın hamilə qala bilməyib.
Bir müddət öncə, çinlinin topuğu burxulub. Bundan sonra o, yerli xəstəxanaların birində tibbi müayinədən keçməli olub.
Bu zaman Pinpinin bütün həyatını dəyişdirəcək həqiqət ortaya çıxıb: həkimlər onun uşaqlıq və yumurtalıqlarının olmadığını, cinsiyyət orqanlarının da inkişaf etmədiyini müəyyənləşdiriblər. Pinpin “Y-xromosomu”na sahib olduğu üçün genetik olaraq kişi sayılır. Eyni zamanda onun bədənində kişi cinsiyyət orqanları tapılmayıb. Həkimlər bu orqanların zaman keçdikcə deqradasiyaya uğradığını ehtimal edirlər.
Hərtərəfli müayinədən sonra Pinpində bu halın valideynlərinin qohum evliliyinin nəticəsi ola biləcəyi qərarına gəlinib.
Pasiyentə bundan sonra həyatına necə davam edəcəyi barədə qərar verməsi üçün psixiatrla görüşmək tövsiyə edilib.

Вернуться назад