Главная > Dünya / Manset > Şotlandiyalı şəxs 12 il həyat yoldaşının cəsədi ilə bir evdə yaşayıb

Şotlandiyalı şəxs 12 il həyat yoldaşının cəsədi ilə bir evdə yaşayıb


12-03-2021, 12:00. Разместил: azadses
Şotlandiya sakini özü də bilmədən 12 il ərzində xanımının cəsədini evində saxlayıb.
Bu barədə Britaniyanın “Evening Express” nəşri məlumat yayıb.
Hadisə Aberdin şəhəri ətraflarında baş verib. Nəşrin məlumatına görə, qadın cəsədinin qalıqları təsadüf nəticəsində aşkar olunub. Belə ki, şəhər kənarında yaşayan yaşlı sakinə koronavirus peyvəndi vurmağa gələn həkimlər evdə dəhşətli tapıntıya rast gəliblər.
Pensiyaçı həyat yoldaşının xarici ölkəyə səfərə getdiyini və hazırda orada olduğunu bildirib.
Həkimlər qocanın psixi pozuntulardan əziyyət çəkdiyini qeyd edirlər.

Вернуться назад