Главная > Dünya / Manset > Almaniyada koronavirusun növbəti dalğası xəbərdarlığı

Almaniyada koronavirusun növbəti dalğası xəbərdarlığı


12-03-2021, 08:00. Разместил: azadses
Almaniyada koronavirusun yayılma dinamikası ölkədə üçüncü dalğanın artıq başlandığından xəbər verir.
DPA xəbər verir ki, Robert Kox institutunun (AFR Səhiyyə Nazirliyinə tabedir) başçısı Lotar Viler bu barədə danışıb.
“Almaniyada üçüncü dalğanın artıq başlamasına dair aydın işarələr var. Bu, məni ciddi narahat edir”, - deyə o Cenevrədə jurnalistlərlə görüşdə deyib.
İnstitutun məlumatına görə, Almaniyada bu vaxta qədər 2,5 milyon insanda koronavirus qeydə alınıb.
Yanvar-fevral aylarında yoluxma sayında azalma müşahidə olunsa da, martdan statistik göstəricilər yenidən artıb.
Ekspertlər bunu daha yolxucu ştamın yayılması ilə əlaqələndirirlər.
Almaniyada hazırda “lokdaun” olsa da, qışdakı kimi sərt deyil. Məktəblər və uşaq bağçaları, bərbərxanalar, gözəllik salonları, çiçək və kitab mağazaları açıqdır.

Вернуться назад