Главная > Dünya / Manset > Malayziyada qeyri-müsəlmanlara “Allah” sözündən istifadə qadağası ləğv edildi
Malayziyada qeyri-müsəlmanlara “Allah” sözündən istifadə qadağası ləğv edildi11-03-2021, 11:00. Разместил: azadses |
“TRT Haber” məlumat verir ki, Saravak əyalətində yaşayan malayziyalı xristian Jill İrland tərəfindən qadağanın ləğvi üçün qaldırılan iddiaya Kuala Lumpur Ali Məhkəməsində baxılıb. Hakim Nur Bii vaxtı ilə “Allah”, “Kəbə” ve “dua” kimi terminlərin istifadəsinin qadağan edilməsinin Konstitusiyaya zidd olduğunu bildirib və qərarın ləğvinə qərar verib. Qeyd edək ki, Malayziya hökuməti “qeyri-müsəlmanların müsəlmanlara qarşı missioner fəaliyyətinin qarşısını almaq” məqsədi ilə 1986-cı ildə qeyri-müsəlmanlar tərəfindən İslami terminlərin, xüsusilə “Allah” sözünün istifadəsini qadağan edib. Malayziya əhalisinin 61,3 faizi müsəlman, 19,8 faizi buddist, 9,2 faizi xristian, 6,3 faizi hindular, qalanları isə ənənəvi yerli dinə qəbul edənlərdən ibarətdir. Вернуться назад |