Главная > Dünya > ABŞ-dakı yeganə VAZ-2110 rekord qiymətə satılır

ABŞ-dakı yeganə VAZ-2110 rekord qiymətə satılır


8-03-2021, 10:00. Разместил: azadses
ABŞ-ın “DFW Cars & Trucks” avtodileri ölkədəki yeganə VAZ-2110 avtomobilini satışa çıxarıb.
“Drive” jurnalının məlumatına əsasən, 2001-ci ildə istehsal edilmiş avtomobilə görə 10.950 dollar (18 615 manat) tələb olunur.
Texas ştatındakı 20 yaşlı avtonun əla vəziyyətdə olduğu bildirilir. Onun gediş məsafəsi 15 min kilometr təşkil edir.
Ekspertlərin fikrincə, sözügedən avtomobilə görə tələb edilən qiymət məqsədəuyğun deyil. Belə ki, eyni məbləğə, məsələn müasir Almaniya və ya Yaponiya istehsalı olan avtomobil almaq mümkündür.

Вернуться назад