Главная > Dünya > Haqqında film çəkilən məşhur mafiyanın başçısı öldü

Haqqında film çəkilən məşhur mafiyanın başçısı öldü


1-03-2021, 14:00. Разместил: azadses
Mafiya filmləri həvəskarlarına yaxşı tanış olan Qambini ailəsinin başçısı Piter Artur Qotti vəfat edib.
“Associated Press” informasiya agentliyinin məlumatına görə, mafiya başçısı 82 yaşında ABŞ-ın Şimali Karolina ştatındakı federal həbsxanada ölüb.
Onun təbbi səbəblərdən – yaşının çox olması və səhhətinin zəifləməsi nəticəsində vəfat etdiyi bildirilib.
Xatırladaq ki, Qambini ailəsi cinayətkar qrupu hələ 1902-ci ildə təşəkkül tapıb. O, Nyu-York mafiyasını idarə edən beş böyük ailədən biri idi.
Artur Qottiyə gəlincə, mərhum 2002-ci ildə qardaşı Con Qottinin vəfatından sonra ailəyə başçılıq edib. Cəmi bir il sonra isə həbs olunaraq 26 illik cəzaya məhkum edilib.

Вернуться назад