Главная > Dünya > Türkiyədə son 24 saat ərzində 73 nəfər koronavirusdan vəfat edib

Türkiyədə son 24 saat ərzində 73 nəfər koronavirusdan vəfat edib


25-02-2021, 23:07. Разместил: azadses
Türkiyədə son 24 saat ərzində 73 nəfər koronavirusdan vəfat edib.
“Anadolu Agentliyi”nin yaydığı məlumata görə, sutka ərzində ölkə miqyasında 126.527 COVID-19 testi həyata keçirilib və 9572 yeni yoluxma faktı aşkarlanıb.
Sağalanlara gəlincə, 6210 nəfərin müalicəsi və ya karantin müddəti başa çatıb ki, bununla da, indiyədək virusdan sağalanların sayı 2.546.503 nəfərə yüksəlib.
Bütövlükdə, Türkiyə üzrə bugünədək 32.811.274 test həyata keçirilib ki, onların 2.674.766-ı pozitiv çıxıb. Ölkədə yeni növ koronavirusdan ölənlərin ümumi sayı isə 28.358-ə çatıb.
Hazırda 1192 nəfər intensiv terapiya şöbələrində müalicə alır. Onların vəziyyəti ağır olaraq qiymətləndirilir.

Вернуться назад