Главная > Dünya > Fransız jurnalist Xocalıdan nələr yazmışdı? - Şəntop

Fransız jurnalist Xocalıdan nələr yazmışdı? - Şəntop


25-02-2021, 12:27. Разместил: azadses
İnsanlıq tarixinin ən qəddar qətliamlarından biri Xocalıda baş verib.

''Azad Səs'' Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Xocalı soyqırımın 29-cu ildönümü ilə bağlı parlamentdə keçirilən tədbirdə deyib.

O bildirib ki, bu faciədə günahsız insanlar diri-diri yandırılıb, gözləri oyulub:

“Faciədən sonra Xocalıya gedən fransalı jurnalist “Biz Xocalı qətliamının şahidi olduq. Ölənlərin arasında yaşlı, qadın, uşaq və əsgərlər var idi. Mən alman faşistlərinin qəddarlığını oxudum, ancaq ermənilər vəhşilikdə onları da geridə qoymuşdu” deyib”.

M.Şəntop vurğulayıb ki, ermənilər dünya ictimaiyyəti qarşısında hələ də özlərini müdafiə etməkdədir:

“Bütün dünyanın gözü qarşısında baş tutmasına baxmayaraq, faciəni beynəlxalq cəmiyyət görməzdən gəlir. Ancaq bu qətliamın acısını Türkiyə olaraq hər zaman ürəyimizdə hiss edirik. Xocalı faciəsini görmək istəməyən gözlərə, duymaq istəməyən qulaqlara, hiss etməyən vicdanlara hayqırmağa davam edəcəyik”.

Вернуться назад