Главная > Dünya > Dəhşətli qəza: 40-a yaxın avtomobil toqquşdu

Dəhşətli qəza: 40-a yaxın avtomobil toqquşdu


24-02-2021, 09:32. Разместил: azadses
Başqırdıstanda böyük yol qəzası meydana gəlib.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, Ufa-Orenburq magistralında 39 avtomobil toqquşub.

Respublikanın Dövlət Nəqliyyat Müfəttişliyinin məlumatında qeyd olunur ki, zəncirvari qəza çovğun, güclü külək və zəif görmə səbəbilə olub.

Nəticədə ikisi yetkinlik yaşına çatmayan qızlar olmaqla, 10 nəfər yaralanıb.

Hadisə yerinə cəlb olunmuş 5 yol polisi briqadası qəza iştirakçılarının nəqliyyat vasitələrindən çıxmasına kömək edib və onlara lazımi köməklik göstərib.


Вернуться назад