Главная > Dünya > Türkiyə qırıcıları, hərbi gəmiləri hərəkətə keçəcək - YUNANISTANDA HƏYƏCAN SİQNALI...

Türkiyə qırıcıları, hərbi gəmiləri hərəkətə keçəcək - YUNANISTANDA HƏYƏCAN SİQNALI...


23-02-2021, 14:51. Разместил: azadses
Şərq Aralıq dənizində müttəfiqləri ilə hər həftə hərbi təlimlər keçirən Yunanıstanda Türkiyənin eyni bölgədə təlimlər keçirəcəyi xəbəri böyük narahatlıqla qarşılanıb.

''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, Yunanıstan KİV-lərinin manşetlərində Türkiyənin fevralın 25-də Egey və Aralıq dənizində keçirəcəyi "Mavi Vətən 2021" təlimləri ilə bağlı məlumatlar yer alıb.

Məlumata görə, təlimdə 82 döyüş gəmisi və F-16-ların da aralarında olduğu 27 döyüş təyyarəsi iştirak edəcək.

Yunanıstandakı bəzi media orqanları həyəcanlı xəbərlər yayaraq, bu təlimlərdən qorxularını ifadə ediblər. Hətta qeyd olunub ki, Afinada həyəcan siqnalı da veriləcək.


Вернуться назад