Главная > Dünya > Ermənistanın “Boeing-737” təyyarəsi qaçırıldı - Tehranda...

Ermənistanın “Boeing-737” təyyarəsi qaçırıldı - Tehranda...


23-02-2021, 14:44. Разместил: azadses
Ermənistan Mülki Aviasiya Komitəsinin qeydiyyatında olan “Boeing-737” təyyarəsi qaçırılıb.

"Azad Səs" Publika.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın sabiq baş nazir müşaviri Hakob Çaqaryan öz feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, Ermənistan Mülki Aviasiya Komitəsinə Birləşmiş Ərəb Əmirlikləri aviasiya rəhbərliyindən “EK-FAA” quyruq nömrəsi ilə Ermənistanda qeydiyyata alınmış “Boeing-737” təyyarəsinin qaçırılması barədə 2 gün əvvəl mesaj daxil olub.

O, təyyarənin Tallindən havaya qalxdığını və uçuş planına görə İrəvana enməli olduğunu qeyd edib. Amma havada texniki problem yaranıb və bu səbəbdən təyyarənin BƏƏ-də yerə endirilməsinə qərar verilib. Amma bu da baş tutmayıb və nəticədə təyyarə Tehranda enib. Təyyarənin taleyi haqqında məlumat verilməyib.

Ermənistan Mülki Aviasiya Komitəsi iddianı təkzib edib.

Вернуться назад