Главная > Dünya > Gürcüstana koronavirus əleyhinə vaksinin çatdırılması təxirə salınıb

Gürcüstana koronavirus əleyhinə vaksinin çatdırılması təxirə salınıb


22-02-2021, 08:54. Разместил: azadses

“Koronavirusa qarşı peyvəndin Gürcüstana çatdırılması gecikir”.

''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri vəzifəsini icra edcən Ekaterina Tikaradze bildirib.

Onun sözlərinə görə, “Pfizer” vaksininin tədarükü ilə bağlı müəyyən çətinliklər yaranıb:

“Bu prosesi sürətləndirmək üçün fəal iş aparılır”.

Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadze öz növbəsində bildirib ki, peyvəndin Gürcüstana gətirilməsi təxminən 1-2 həftə müddətinə təxirə salınıb: “Preparatın ölkəyə çatdırılması təqribən mart ayının birinci və ya ikinci həftəsində baş tutacaq”.

Qeyd edək ki, qonşu ölkəyə COVID-19 əleyhinə vaksinin fevral ayının sonunda çatdırılacağı gözlənilirdi.


Вернуться назад